Pharm AK COMPANY şirkəti 2014-ci ildə Bakıda yaradılan əczaçılıq şirkətidir.
Şirkətimizin məhsul portfeli sağlamlıq məhsullarından, dərmanlardan, qida əlavələrindən, tibbi vasitələrdən və dermokosmetik vasitələrdən ibarətdir. Yüksək ixtisaslı kadrlardan ibarət olan komandamız gündəlik inkişaf, araşdırma, satış və
marketinq fəaliyyətlərinin prinsiplərinə ciddi qaydada riayət edir.
Məqsədimiz Azərbaycanın əczaçılıq sahəsində ən qabaqcıl əczaçılıq şirkəti olmaq və mövcud olan
əczaçılıq sahəsinə yeniliklər gətirməkdir. Bunun üçün, şirkət olaraq tərəfdaşlarımızı
diqqətlə seçirik və dünyanın aparıcı şirkətləri ilə işləyirik.
Pharm AK COMPANY Bakıda və regionlarda keçirilən bir çox konfransların və
tədbirlərin təşkil olunmasında iştirak edir. “Daima inkişaf” şüarını əsas tutaraq şirkətimiz
bir çox həkim-mütəxəssislərin ölkədə və ölkədən kənar keçirilən elmi-tibbi konfranslarda
iştirak etməsi üçün bütün şəraiti yaradır. Bundan başqa, satış və marketing fəaliyyəti ilə
ciddi məşğul olan komandamız əldə olunan yeniliklərin və biliklərin həkimlərə,
əczaçılara daim çatdırılması istiqamətində çalışır. Portfelimizə daxil olan hər bir
məhsula indiviudal yanaşma uğurumuzun əsas səbəbidir.
Xidmətimizin məqsədi insanların məhsullarımızdan fayda əldə etməsi və bu fayda
əsasında yaranan güvən ilə onların daimi məmnuniyyətini,etibarını qazanmaqdır.
Pharm AK COMPANY şirkətinin daim yenilənən və böyüyən məhsul portfeli ilə sadəcə
Azərbaycan hüdudlarında deyil, gələcəkdə Azərbaycandan kənarda da əczaçılıq
sektoruna daxil olmağı hədəfləyir.